Rusiyanın Kalunqa şəhərində 35 yaşlı tanınmış gimnast Dmitri İsayevin qətlə yetirilmə anının görüntüləri yayılıb. Hadisə idmançının keçmiş sevgilisinə görə yaranan qısqanclıq zəminində baş verib.
NOCOMMENT.az xəbər verir ki, qanlı hadisənin təfərrüatları barədə "Shot" teleqram kanalı məlumat yayıb. Məlumata görə, qatil hadisə yerinə tək gəlməyib, özü ilə odlu silah və bir dostunu da gətirib. Dostu idmançı ilə söhbət etdiyi zaman qatil qəfildən tüfəngdən atəş açıb. Yanındakı şəxsin onu dayandırmaq cəhdlərinə baxmayaraq, cinayətkar yaralı gimnasta ikinci dəfə atəş açaraq hadisə yerindən qaçıb.
Dmitri İsayev ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə rəğmən bir saat sonra vəfat edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində qatil artıq saxlanılıb. İstintaq zamanı məlum olub ki, cinayətin törədilməsinə səbəb qatilin keçmiş sevgilisini İsayevə qısqanması olub. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.
Sara,












