Qadın bıçaqlandı – Əri saxlanıldı

Qadın bıçaqlandı – Əri saxlanıldı

Gəncədə qadını bıçaqlayan əri saxlanılıb.

NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində B. Seyidovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 36 yaşlı Mirnəsib Seyidov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

***17:30

Gəncədə bıçaqlanma olub.

NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Aşıq Ələsgər küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini 1993-cü il təvəllüdlü Bəst Seyidova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal o əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 32 yaşlı qadın sərxoş əri tərəfindən bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.