Qətlə yetirilərək yandırılan Kübranın SON GÖRÜNTÜLƏRİ

Qətlə yetirilərək yandırılan Kübranın SON GÖRÜNTÜLƏRİ

Türkiyənin Antalya şəhərində günlərdir axtarılan 30 yaşlı Kübra Yapıcının dəhşətli qətlin qurbanı olduğu məlum olub.

NOCOMMENT.az xəbər verir ki, 30 apreldə Antalyanın Serik rayonunda itkin düşən Kübra Yapıcının meyiti Burdurun Bucak rayonunda meşəlik ərazidə aşkarlanıb.

İstintaq zamanı müəyyən edilib ki, gənc qadın öldürüldükdən sonra cəsədi yandırılıb, qalıqları isə Korkuteli bəndinə atılıb. Hadisə ilə bağlı saxlanılan İ.U.D. və A.B.S. adlı iki nəfər “qadını qəsdən öldürmə” maddəsi ilə həbs olunub.

Şübhəli İ.U.D.-nin ifadəsindən sonra bənd ərazisində aparılan axtarış zamanı Kübra Yapıcıya aid olduğu ehtimal edilən insan qalıqları tapılıb və ekspertiza üçün Antalya Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib.

Hadisə Türkiyədə böyük rezonans doğurub. Qətldən sonra sosial şəbəkələrdə Kübra Yapıcının ad günü görüntüləri yayılıb. Videoda onun dostları ilə birlikdə şamlarını üfürərək ad gününü qeyd etdiyi, xoşbəxt və şən görüntüləri əks olunub.

Serik, Manavqat və Burdur Respublika Prokurorluqları tərəfindən araşdırma davam etdirilir.

Sara
NOCOMMENT.az