Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz saxlaması ilə məşğul olan şəhər Şirvan sakini Samir Məmmədov şübhəli şəxs qismində saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən NOCOMMENT.az -a verilən məlumata görə, şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman 1 bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
İstintaq zamanı həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxs Samir Məmmədov müxtəlif sosial şəbəkələrdə qeydiyyatdan keçərək orada canlı yayımlar açıb və izləyicilərə psixotrop maddə olan metamfetaminin hansı qaydada istifadə edilməsini göstərib. Həmçinin o, canlı yayımlarda psixotrop maddələri şəxsən özü qəbul edərək insanlara nümayiş etdirib. Bununla yanaşı Samir Məmmədov sosial şəbəkələrdə narkotik vasitələrin həm alışı, həm də satışı ilə məşğul olduğunu da qeyd edib və gəncləri psixotrop maddələrin istehlakına təhrik edib.













