Sabunçu rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə kiçik toy məclisi təşkil edilməsinin qarşısı polislər tərəfindən alınıb.
Daxili İşlər Nazirliyindən NOCOMMENT.az-a verilən məlumata görə, belə ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan Azad Cavadovun oğluna toy məclisi təşkil etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları dərhal həmin əraziyə yollanaraq karantin qaydasının pozulması halını aşkar ediblər. Məclisin təşkilatçısı A.Cavadov və orada daha 15 nəfər qonaq saxlanılaraq Polis Şöbəsinə gətirilib.












