KTMT: Düşünülməmiş addım sərhəddə müharibəyə səbəb ola bilərbackend

KTMT: Düşünülməmiş addım sərhəddə müharibəyə səbəb ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan-Azərbaycan sərhədində düşünülməmiş addımlar bir neçə dövlətin iştirak etdiyi regional müharibənin alovlanmasına gətirib çıxara bilər.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas deyib.

KTMT-nin “Ermənistanı tərk etmək istəməsi” fikrini şərh edən Stanislav Zas bununla razılaşmayıb: “Əlbəttə, yox. 2022-ci ildə baş verən hadisələr buna sübutdur. Dövlət başçıları üç dəfə görüşüb və sərhəddəki vəziyyəti müzakirə ediblər. Sərhədə KTMT missiyası göndərilib. Ermənistana yardımın göstərilməsi ilə bağlı tədbirlər haqqında qərar layihəsi hazırlanıb. Bütün lazımi addımlar atılıb”.

“Ermənistanda bəziləri, hətta yüksək rütbəli məmurlar belə fikirlər səsləndiriblər ki, “niyə KTMT işğalın aradan qaldırılmasına kömək etməyib?”

…Başa düşməlisiniz ki, bu cür addımların mümkün nəticələri bir neçə dövlətin iştirakı ilə regional müharibənin başlanmasına səbəb ola bilər”, – deyə Zas xəbərdarlıq edib.

Eyni zamanda o, KTMT missiyasının nəticələrinə əsasən təklif olunan qərarların balanslaşdırılmış və adekvat olduğunu bəyan edib: “Missiyaya, yardım təklifinə gəlincə, məqamlardan biri missiyanın sərhədə göndərilməsi idi. Tərkib, müddət, vəzifələr və mandat göstərilib. Missiyanın əsas məqsədi yerlərdə vəziyyəti öyrənmək və təkliflər hazırlamaqdır. Onlar qüvvədə qalır”.