Leysan yağış Gəncədə bir sıra fəsadlar törədibbackend

Leysan yağış Gəncədə bir sıra fəsadlar törədib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə yağan leysan yağışlar nəticəsində bir neçə ev həyətyanı sahəsi ilə birlikdə su içində qalıb.

NOCOMMENT.az xəbər verir ki, “Report”un Qərb Mərkəzinin məlumatına görə, axşam saatlarında yağan güclü yağış səbəbindən Gəncə şəhərinin Məhsəti qəsəbəsində 10-a yaxın evin həyətinə yağış suları dolub.

Bununla yanaşı, küçə yollarında hərəkətdə də çətinliklər yaranıb.

Qeyd edək ki, hazırda yağıntılı hava şəraiti davam edir.