Litva səfiri Rusiyanı Kalininqradla HƏDƏLƏDİbackend

Litva səfiri Rusiyanı Kalininqradla HƏDƏLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litvanın keçmiş xarici işlər naziri, ölkənin İsveçdəki hazırkı səfiri Linas Linkeviçius Rusiyadan NATO ölkələrinə təhlükə yaranacağı təqdirdə Kalininqradı “zərərsizləşdirəcəyi” ilə hədələyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində Stokholmun Şimali Atlantika Alyansına daxil olması fonunda yazıb.

“İsveç alyansa qoşulduqdan sonra Baltik dənizi NATO-ya daxil oldu. Əgər Rusiya Şimali Atlantika Alyansına meydan oxumağa cəsarət etsə, ilk növbədə Kalininqrad “zərərsizləşdiriləcək””, – Linkeviçius yazıb.

Onun sözlərinə görə, “Rusiyaya qarşı onun NATO tərəfindən mühasirəyə alınması ilə bağlı saxta ittihamlar artıq reallığa çevrilib”.