Liviyada 2,5 ton uran itdibackend

Liviyada 2,5 ton uran itdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Atom Enerjisi Agentliyi Liviyada 2,5 ton təbii uran olan 10 barelin itdiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, MAQATE-nin idarə heyəti üzvlərinə yazılı açıqlamada, Liviya ilə Təminata Nəzarət Sazişi və Əlavə Protokol çərçivəsində bu ölkədəki nüvə materialları ilə bağlı yoxlama və müşahidə fəaliyyətlərinin aparıldığı xatırladılıb.

Açıqlamada MAQATE müfəttişlərinin martın 14-də səlahiyyətlilərin əvvəllər müəyyən yerdə saxlandığını bildirdikləri, tərkibində 2,5 ton təbii uran olan 10 barelin göstərilən yerdə tapılmadığını müəyyən etdiklərini bildirilib.

Bəyanatda qeyd olunub ki, MAQATE uranın qeyd olunan yerdən çıxarılması və mövcud vəziyyətini aydınlaşdırmaq üçün hərəkətə keçib.

NOCOMMENT.AZ