64 yaşlı məşhur müğənni TANINMAZ HALDA - FOTOLAR

64 yaşlı məşhur müğənni TANINMAZ HALDA - FOTOLAR

Türkiyənin tanınmış müğənnisi Emel Müftüoğlu bir il ərzində 22 kilo çəki ataraq maqazin gündəminin əsas mövzularından birinə çevrilib.

NOCOMMENT.az xəbər verir ki, 64 yaşlı sənətçi yeni görünüşünü sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Artıq çəkidən qurtulan Müftüoğlu tamamilə fərqli və daha gənc görünüşü ilə pərəstişkarlarını heyrətləndirib.

Müğənni arıqlama prosesinin həkim nəzarəti altında həyata keçirildiyini bildirib:

"Halil bəyin yanına ilk dəfə gəlməyimin üzərindən bir il keçir. Həmin vaxt sağlamlığım çox pis vəziyyətdə idi. Şəkərim, çəkim və xolesterin göstəricilərim çox yüksək idi. Bir il ərzində 85 kiloqramdan 63 kiloqrama qədər arıqladım və bütün bu prosesi tamamilə həkim nəzarəti altında keçdim. Məni yenidən sağlamlığıma qovuşdurduğu üçün həkimimə təşəkkür edirəm".

bir-yilda-igne-iplige-donen-em-20040291-5693_1_m.jpg (116 KB)


Emel Müftüoğlunun paylaşımı sosial şəbəkələrdə maraqla qarşılanıb. İzləyiciləri onun ünvanına tərif dolu şərhlər yazıblar../musavat/