Azyaşlının sualı Emin Ağalarovu güldürdü: “Ən bahalı ev mənimdir“

Azyaşlının sualı Emin Ağalarovu güldürdü: “Ən bahalı ev mənimdir“

Xalq artisti Emin Ağalarov sosial şəbəkədə paylaşdığı video ilə diqqət çəkib.

NOCOMMENT.az xəbər verir ki, müğənni balaca bir uşaqla etdiyi səmimi söhbəti izləyiciləri ilə bölüşüb.

Uşaq Eminə "Ən bahalı ev hansıdır?" sualını ünvanlayıb. Sənətçi isə buna belə cavab verib:

"Ən bahalı ev mənimdir. Onun qiyməti yoxdur. Çünki orada ailəm yaşayır."

Söhbət bununla da bitməyib. Balaca "2 milyona ev var? Mənə endirim edərsiniz?" deyə soruşanda, Ağalarov zarafatla:

"Edərəm. Milyon gətir, mən sənə ev verəcəyəm. Dollar gətir", - deyə cavab verib.

Müğənninin paylaşdığı görüntülər qısa zamanda sosial şəbəkələrdə maraqla qarşılanıb.