Burakın anasını özündən 8 yaş böyük aktrisa canlandıracaq

Burakın anasını özündən 8 yaş böyük aktrisa canlandıracaq

Burak Özçivitin baş rolda çəkildiyi "Güneşin Doğduğu Yer" serialında onun anasını canlandıracaq aktrisa bəlli olub. Belə ki, "Kızılcık Şerbeti" serialındakı "Pembe" obrazı ilə böyük rəğbət qazanan Sibel Taşçıoğlu yeni layihənin heyətinə daxil olub.

"Güneşin Doğduğu Yer" serialının ssenarisinin Burak Özçivit tərəfindən bəyənilməsindən sonra layihədə ciddi dəyişikliklər edilib. Əvvəlcə baş rolda Uğur Günəşin çəkilməsi planlaşdırılsa da, yolların ayrılmasından sonra serialın yeni baş rol ifaçısı Burak Özçivit olub. İyunun 25-də çəkilişlərinə başlanacaq serialda Özçivit "Kənan" obrazını canlandıracaq.

Sibel Taşçıoğlunun serialda Burak Özçivitin anası rolunu oynaması sosial mediada geniş müzakirələrə səbəb olub. Buna səbəb aktyorlar arasındakı yaş fərqinin az olmasıdır. Belə ki, 41 yaşlı Burak Özçivit ilə 49 yaşlı Sibel Taşçıoğlu arasında cəmi 8 yaş fərq var. Sosial şəbəkə istifadəçiləri bu yaş fərqi ilə onların ana-oğul obrazını canlandırmasının inandırıcı olmadığını və uyğunsuzluq yaratdığını bildiriblər./Milli.az/