Azərbaycanda dəhşətli qəza: Yaralılar var

Azərbaycanda dəhşətli qəza: Yaralılar var

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun Göygöl ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolda hərəkətdə olan "QAZel" markalı mikroavtobus qəfil idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində xəsarət alan 4 nəfər sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.