"Alyona da, mən də qısqancıq. Alyona buna səbəb yaratmır. Amma məndə buna səbəb yarana bilər".
Bu sözləri Xalq artisti Emin Ağalarov rusiyalı aparıcı Svetlana Bondarçukun yutub layihəsində deyib.
O, xanımı Alyona Qavrilovanın qısqanc olmasından danışıb:
"Məşhuram, bəzən hadisələr yaşanır ki, bunlar səbəb olur. Restoranda otururuq, birdən qız yaxınlaşır, foto çəkdirir. İzah etməyə çalışıram ki, onu tanımıram, sadəcə foto üçün yaxınlaşdı".
İlk ayrılıqlarından danışan Emin "Burada çox səbəb oldu. İndi anlayıram ki, hər hansı ağılsız hərəkətim bu evliliyin bitməsi ilə nəticələnə bilər" sözlərini deyib.
Qeyd edək ki, Emin və Alyona cütlüyünün Afina adlı qız övladı var. (Axşam.az)











