"Eşref Rüya" serialının finalından sonra məşhur aktrisa Demet Özdemir istirahət üçün Göcekə yollanıb.
NOCOMMENT.az xəbər verir ki, Kanal D-də yayımlanan və geniş tamaşaçı auditoriyası qazanan "Eşref Rüya" serialının 47-ci bölümlə ekranlara vida etməsindən sonra baş rol ifaçılarından Demet Özdemir mövsümün yorğunluğunu ailəsi ilə birlikdə keçirdiyi tətil zamanı atmağa qərar verib.
Serialda "Nisan" obrazını canlandıran aktrisa ailəsi ilə birlikdə Göcekdə istirahət edir. Məşhur aktrianın istirahət üçün lüks yaxta icarəyə götürdüyü bildirilir.
Türkiyə mediasının məlumatına görə, Özdemirin seçdiyi yaxtanın gündəlik icarə haqqı təxminən 1400 avro (təxminən 2.752 manat) təşkil edir.
Aktrisanın ailəsi ilə birlikdə keçirdiyi tətil görüntüləri sosial şəbəkələrdə də böyük maraq doğurub.
Paylaşılan fotolar qısa müddətdə minlərlə bəyənmə və şərh toplayıb.
Qeyd edək ki, Demet Özdemir son mövsümün ən çox müzakirə olunan layihələrindən biri olan "Eşref Rüya" serialındakı performansı ilə tamaşaçıların rəğbətini qazanmışdı.
Sara
NOCOMMENT.az















