Türkiyə televziyasında - Kanal D-də yayımlanan və böyük maraqla izlənilən "Eşref Rüya" serialının finalından sonra aktyor heyəti ilə bağlı diqqətçəkən hadisə yaşanıb.
NOCOMMENT.az xəbər verir ki, məlumata görə, serialda rol alan Büşra Develi, Levent Özdilek, Necip Memili və Görkem Sevindik final bölümünün yayımlanmasından sonra baş rol ifaçısı Çağatay Ulusoyu İnstaqram hesablarında izləmədən çıxıblar.
Bu addım serialın çəkilişləri zamanı aktyorlar arasında münasibətlərin gərgin olduğu barədə iddiaları yenidən gündəmə gətirib. Uzun müddətdir kulislərdə çəkiliş meydançasında bəzi narazılıqların yaşandığı və atmosferin gərgin olduğu barədə xəbərlər yayılırdı.
Serialın başa çatmasından dərhal sonra dörd aktyorun eyni vaxtda Çağatay Ulusoyu izləmədən çıxması sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunu çəkiliş prosesi ərzində yaşanan fikir ayrılıqları ilə əlaqələndiriblər.
İddialara görə, çəkiliş meydançasında müəyyən səhnələr, iş prinsipləri və aktyorlar arasındakı münasibətlərlə bağlı fikir ayrılıqları yaşanıb. Lakin bu barədə tərəflərdən hər hansı rəsmi açıqlama verilməyib.
Sosial şəbəkələrdə yayılan məlumatlar Türkiyə şou-biznes gündəminin əsas mövzularından birinə çevrilib. Hələlik nə Çağatay Ulusoy, nə də digər aktyorlar məsələ ilə bağlı açıqlama verməyiblər.
SARA
NOCOMMENT.az

Büşra Develi

Levent Özdilek

Necip Memili

Görkem Sevindik











