Keçdiyimiz gün Xalq artisti Miri Yusif ilə həyat yoldaşı Nərgiz xanımın evlilik ildönümü ilə yadda qaldı.
NOCOMMENT.az axşam.az-a istinadən xəbər verir ki, 15 ildir ailəli olan cütlük özəl günləri üçün bəy-gəlin geyimində obyektiv qarşısına keçib.
Fotoları sosial şəbəkədə paylaşan sənətçi şərh bölümünə “15 il öncə nişan üzüklərimizi dəyişdirdik və söz verdik ki, həm dar, həm də şad günlərdə biri-birimizə dayaq olaq. Bu hələ bir başlanğıcdır. 15 ilimiz mübarək, Nərgizim. Ömrümüzün son gününə, son nəfəsə qədər bir yerdə! Allah bizi ayırmasın, Allah bütün sevgililəri qorusun!” sözlərini yazıb.












