Keçmiş həyat yoldaşını rus oliqarxı ilə əlbir olmaqda ittiham edib

Keçmiş həyat yoldaşını rus oliqarxı ilə əlbir olmaqda ittiham edib

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Aktrisa Ancelina Coli və onun keçmiş əri Bred Pitt Fransadakı “Chateau Miraval” şərab zavodunun taleyi ilə bağlı məhkəmədə mübahisəni davam etdirirlər.

Məlumdur ki,Coli şərab biznesindəki payını rusiyalı oliqarx Yuri Şeflerə sataraq keçmiş ərinin ona 350 milyon dollar borcu olduğunu göstərir.Pittin sözlərinə görə, bu, sövdələşməni bəyənmədiyi üçün qanunsuz olub.

Aktyor keçmiş həyat yoldaşını sahibkarla əlbir olmaqda və boşanmanı gecikdirməyə çalışmaqda ittiham edir. O, məhkəməyə şərab zavodunun satışından əvvəl və sonra Colinin Scheffler ilə ünsiyyətini təsdiqləyən elektron məktub təqdim edib.