Müğənni Gülben Ergen Cənubi Koreyada akupunktur etdirib. O, prosedur zamanı çəkilən görüntüləri paylaşıb.
NOCOMMENT.az xəbər verir ki, bayram tətilini Cənubi Koreyada keçirən sənətçi ənənəvi müalicə üsullarını da sınaqdan keçirib.
Gülben Ergen ölkənin məşhur müalicə metodlarından sayılan akupunkturu seçib.
Müğənni üz nahiyəsinə tətbiq olunan prosedurun görüntülərini sosial şəbəkədə yayımlayıb.
Paylaşımlar izləyicilərin diqqətini cəlb edib. İstifadəçilər görüntülərə çoxsaylı şərhlər yazıblar.
Ergenin paylaşdığı kadrlarda üz nahiyəsinə çoxsaylı iynələrin tətbiq edildiyi görünür.
Müğənni yalnız üz bölgəsində deyil, kürək nahiyəsində də akupunktur etdirib.
O, həmin anları da izləyiciləri ilə bölüşüb.
Paylaşımlardan sonra sosial şəbəkələrdə geniş müzakirələr başlayıb.
İzləyicilər sənətçiyə xoş arzularını çatdırıblar. Bəzi istifadəçilər prosedurun faydalı olacağını bildiriblər.
Gülben Ergen tətilindən razı qaldığını deyib. O, istirahətin sağlamlıq baxımından da səmərəli keçdiyini vurğulayıb.
Müğənni paylaşımında tətilini "sağlam və incəlməyə kömək edən" dövr kimi xarakterizə edib.\\demokrat.az










