Aktyor Müşfiq Şahverdiyev bu dəfə maraqlı görüntüləri ilə sosial şəbəkələrdə gündəmə gəlib.
NOCOMMENT.az xəbər verir ki, sosial mediada yayılan videoda tanınmış aktyorun "kuku" ləqəbli məşhur tiktokerlə birlikdə rəqs etdiyi anlar əks olunub.
Qısa müddətdə geniş yayılaraq minlərlə baxış toplayan görüntülər istifadəçilər arasında müxtəlif müzakirələrə səbəb olub.
Videoda Müşfiq Şahverdiyevin enerjili hərəkətləri və rəqs performansı izləyicilərin diqqətini çəkib.
Bəzi sosial şəbəkə istifadəçiləri aktyorun əhval-ruhiyyəsini və səmimiliyini yüksək qiymətləndirərkən, digərləri görüntülərlə bağlı fərqli fikirlər səsləndiriblər.
Qeyd edək ki, Müşfiq Şahverdiyev son dövrlər həm yaradıcılığı, həm də sosial media paylaşımları ilə tez-tez gündəmə gələn məşhurlar sırasındadır.
Sözügedən görüntüləri təqdim edirik.











