“Nigar qeyri-səmimidir” – Elçindən sərt sözlər

“Nigar qeyri-səmimidir” – Elçindən sərt sözlər

Müğənni Elçin Cəfərov həmkarı Nigar Camalın onun səsini tanımamasını tənqid edib. 

NOCOMMENT.az xəbər verir ki, “Afaqla 10lar” verilişində Nigarın mahnısı səsləndirilib və səsin tanınıb, tanınmaması soruşulub. Nigarın ifasını eşidən Elçin əsəbiləşib:

“Səsini tanıdım, amma axırıncı dəfə olsun. Verilişə baxmışdım. İnsandır səs tanımaya bilər. Adı ki… Bir-birimizin adını eşitmişik. Mahnısını da eşitməmişəm. Neçə dəfə tədbirdə qarşılaşmışıq. Yaxın tanışlarımız var ki, ikimizlə də çalışıb. Müğənnilərdə arada belə şeylər olur: ya tanımır, ya da tanımağı özünə sığışdırmır. Estrada müğənnisi “bayağı mahnı” oxuyanı tanımaq istəmədiyi üçün deyir. Qeyri-səmimidir. Xoşuma gəlmədi. Səbəbini özü desin”.

Qeyd edək ki, Nigar Elçinin səsini eşidəndə onu tanımadığını deyərək “Şipşirin bozbaş?” reaksiyasını verib.