Müğənni Rüfət Axundov bu dəfə bahalı avtomobili ilə sosial şəbəkələrdə gündəmə gəlib.
NOCOMMENT.az xəbər verir ki, sənətçi şəxsi sosial media hesabında "Lamborghini" markalı avtomobili ilə lentə alınan görüntülərini izləyiciləri ilə bölüşüb.
Paylaşılan videoda Rüfət Axundovun Bakı küçələrində lüks avtomobili ilə gəzintiyə çıxdığı əks olunub. Qısa zamanda yayılan görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb və çoxsaylı rəylər toplayıb.
Qeyd edək ki, Rüfət Axundov daha əvvəl də bahalı avtomobilləri ilə diqqət çəkmiş və bu mövzuda dəfələrlə sosial şəbəkələrdə müzakirə olunmuşdu. Milli.Az











