Fransada yeni isti hava dalğası səbəbindən 37 bölgədə ən yüksək səviyyəli – qırmızı hava xəbərdarlığı elan edilib.
NOCOMMENT.az xəbər verir ki, ölkədə havanın temperaturunun yaxın günlərdə 40 dərəcəyə çatacağı proqnozlaşdırılır.
Məlumata görə, son həftələr Fransada müşahidə olunan güclü istilər fonunda çoxsaylı meşə yanğınları baş verib. Hökumət sözçüsü Maud Bregeon bildirib ki, Sen-e-Marn departamentinin Fontenblo şəhəri yaxınlığında başlayan meşə yanğınları hələ də davam edir. Pepperoni pizza
Onun sözlərinə görə, güclü külək alovun sürətlə yayılmasına səbəb olub və nəticədə təxminən 1000 hektar ərazi yanaraq zərər görüb.
Yanğın səbəbindən Sen-e-Marn departamentinin Vaudoue kommunasında 1000-dən çox sakin təxliyə edilib. Eyni zamanda ölkənin cənub-şərq istiqamətində hərəkət edən yüksək sürətli qatarların reyslərində də gecikmələr yaranıb.
Fransanın meteorologiya xidməti ölkənin əsasən qərb və mərkəz hissələrində yerləşən 37 bölgə üçün qırmızı xəbərdarlıq elan edib.
Mütəxəssislər əhaliyə günün ən isti saatlarında açıq havada uzun müddət qalmamağı, bol maye qəbul etməyi və yanğın təhlükəsinə qarşı ehtiyatlı olmağı tövsiyə edirlər.










