Konor Makqreqor UFC 329 -da Maks Holloueyə qarşı döyüşündən 30 milyon dollar qazanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Fight Basics” məlumat yayıb.
Döyüş başladıqdan cəmi 69 saniyə sonra başa çatıb. Erkən dayandırılma irlandiyalının diz zədəsi səbəbindən baş verib.
Beləliklə, Makqreqor səkkizbucaqlıda keçirdiyi hər saniyə üçün 435.000 dollar alıb.
Holloueyə gəldikdə, onun qazancı 3 milyon dollar olub. Baxmayaraq ki, amerikalı döyüşə hazırlıq üçün çəki azaltmaq məcburiyyətində deyildi və döyüş zamanı bir dəfə də olsun zərbə almayıb. Publika.az










