Vika özünü “qəmli mahnıların sənətçisi” adlandırdı

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki,bu sözləri Rusiyalı müğənni, “Ulduz fabriki-5”in qalibi Viktoriya Daynenko bildirib.Onun sözlərinə görə,sənətçilərin peşəkarlığı ifa zamanı pis əhval-ruhiyyəni gizlətmək bacarığındadır. İfaçı özünü qəmli mahnıların sənətçisi adlandırıb və qeyd edib ki, konsertlərdə həm kədərlənir, həm də ağlayır.

“Mənə elə gəlir ki, bütün sənət adamlarında pis xəbəri, pis səhhəti, əhval-ruhiyyəni və s. gizlətmək qabiliyyəti var. Yəqin ki, sənətçilərin peşəkarlığı ondadır ki, nə olursa olsun, biz səhnəyə çıxıb işimizi necə lazımdırsa, elə də görürük. Əlbəttə, mütləq (tamaşaçıların dəstəyi kömək edir). Mən ümumiyyətlə qəmli mahnıların ifaçısıyam. Məndə onların sayı kifayət qədər çoxdur, ona görə də bununla bağlı heç bir problemim yoxdur. Kədərli ola bilərəm, hətta ağlaya da bilərəm. Ona görə də hər şey mənim üçün çox uyğundur” deyib.