Polkovnik Oktay Babayev barəsində aparılan məhkəmə araşdırması çərçivəsində əsas mübahisə predmeti 30 min manat məbləğində vəsaitlə bağlı mülki iddiadır.
NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, iş materiallarında zərərçəkmiş qismində tanınan Ruhin Tağıyev sözügedən məbləğin Babayevə verildiyini iddia edir. Hazırda məhkəmə tərəfindən iddia üzrə araşdırma davam etdirilir.
Bununla yanaşı, bəzi mənbələrdə qeyd olunan 17 min manat məbləğində bank krediti ilə bağlı məlumatlar rəsmi məhkəmə materiallarında təsdiqini tapmadığından, həmin iddialar hazırkı mərhələdə hüquqi əsas kimi qəbul edilmir.
İş üzrə yekun qərar məhkəmə araşdırması başa çatdıqdan sonra veriləcək.
Qeyd edək ki, polkovnik-leytenant Kamil Cəlilovun məhkəmədə verdiyi ifadələrlə bağlı hüquqi qiymət verilib.
Məhkəmədə elan olunan qərara əsasən, Kamil Cəlilovun yalan ifadə verməsi ilə bağlı məsələnin araşdırılması məqsədilə xüsusi qərardad çıxarılıb və onun barəsində cinayət təqibinin başlanmasına dair müvafiq qərar qəbul edilib.
Qərar məhkəmə iclasında elan olunub. Bakıvaxtı.az










