Xalq artisti Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir.
NOCOMMENT.az bildirir ki, bu sözləri Teleqraf-a açıqlamasında Flora Kərimovanın köməkçisi Yaqut İmanova deyib.
“Flora Kərimovanın səhhəti yaxşıdır. Müalicəsi ev şəraitində davam edir. Hər 10 gündən bir həkim müayinəsindən keçir”, – deyə Y.İmanova əlavə edib.
Qeyd edək ki, bir müddət əvvəl Flora Kərimova xəstəxanaya yerləşdirilmişdi. Onun müalicəsilə bağlı məsələlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülmüşdü.











