Müğənni Zamiq Hüseynov istirahət üçün getdiyi Türkiyənin Bodrum şəhərindən paylaşdığı görüntülərlə diqqət çəkib.
NOCOMMENT.az xəbər verir ki, sənətçi oğlu Zeynlə birlikdə keçirdiyi tətildən fotoları şəxsi sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Paylaşımlar arasında Zamiq Hüseynovun Türkiyə futbolunun tanınmış simaları ilə görüşü də maraq doğurub.
Belə ki, ifaçı Bodrumda "Qalatasaray"ın futbolçuları Yunus Akgün və Uğurcan Çakır, həmçinin əfsanəvi türkiyəli məşqçi Fatih Terim və voleybol üzrə məşqşi Faiq Qarayevlə bir araya gəlib. Görüş zamanı çəkilən xatirə fotoları izləyicilər tərəfindən maraqla qarşılanıb.
Zamiq Hüseynovun həm ailəsi ilə keçirdiyi istirahət, həm də məşhur futbol simaları ilə paylaşdığı kadrlar sosial şəbəkələrdə geniş müzakirə olunub.
















