Maşın ağaca çırpıldı – Ölən varbackend

Maşın ağaca çırpıldı – Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafada ağır yol qəzası baş verib.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik maşını idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı 2002-ci il təvəllüdlü Nicat Tağıyev hadisə yerində ölüb, 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.