Maykada maşın sürməyə irad bildirən polis işdən çıxarıldı, digəri töhmət aldıbackend

Maykada maşın sürməyə irad bildirən polis işdən çıxarıldı, digəri töhmət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda – “Düş, söhbət edək, maykada maşın sürərlər?”, – deyən yol polisi əməkdaşı tutduğu vəzifəsindən azad olunub.

NOCOMMENT xəbər verir ki, oxu-nun əldə etdiyi məlumata görə, sürücü ilə arasında yaranan mübahisəyə görə inspektor Malik Qasımov və polis kapitanı Elnur İsgəndərov cəzalandırılıblar.

Belə ki, M.Qasımov işdən çıxarılıb, E.İsgəndərov isə şiddətli töhmət alıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, baş verən hadisə ilə bağlı hər iki polis əməkdaşı barəsində intizam tədbirləri seçilib: “İstər vətəndaş, istərsə də polis əməkdaşı etdiyi əmələ görə qanun qarşısında cavab verməlidir. Heç kəs qanunun aliliyi prinsipini unutmamalıdır”.

Qeyd edək ki, bir müddət əvvəl Bakıda yol polisi ilə sürücü arasındakı mübahisənin görüntüləri sosial şəbəkələrdə yayılmışdı.

Videogörüntülərdə sürücüyə özünü təqdim edən inspektor Malik Qasımov sürücünü çəkiliş etməkdə günahlandırmaqla, kameranı söndürməsini, ona maşından düşərək danışmağı təklif etmişdi. Eyni zamanda, polis vətəndaşa: “Düş, söhbət edək, maykada maşın sürərlər?”, – kimi sözlər demişdi.

Daha sonra maşına yaxınlaşan polis kapitanı Elnur İsgəndərov da sürücüyə arxa işığının yanmadığını irad tutmuş və eyni zamanda, onun alkotestdən keçməsi üçün cihaza üfürməsini istəmişdi. Sürücü isə: “Mən içkili deyiləm, sözümə inanmırsan?”, – cavabını vermişdi. Polis kapitanı isə sürücüyə sözünün kifayət etmədiyini demiş və mübahisə yaranmışdı.