"Azadlıq Hərəkatçıları" İctimai Birliyinin sədri, sabiq rayon icraiyyə komitəsinin sədri Tahmasib Novruzov 90-cı illərin əvvəllərində baş vermiş tarixi xəyanətə bərabər bir hadisənin pərdəarxası məqamlarını açıqlayıb. O, iddia edir ki, o dövrdə yüksək vəzifə tutan, daha sonra Baş nazir postuna qədər yüksələn Pənah Hüseynin birbaşa tapşırığı ilə Ağdamın strateji ehtiyatı olan şərablar erməni biznesmenlərə ötürülüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ictimai-siyasi xadim Tahmasib Novruzov məlumat verib. Onun sözlərinə görə, 1992-ci ildə Xalq Cəbhəsi hələ tam hakimiyyəti əlinə almamışdan əvvəl, Pənah Hüseynin göstərişi ilə Ağdamın şərab məhsulları hədəf seçilib: "Adil adlı şəxs yanıma gələrək bildirdi ki, bu, Pənah bəyin tapşırığıdır. Həmin vaxt Sankt-Peterburqa göndəriləcək şərablar üçün respublikanın rayonlarından kvota ayrılmışdı və Ağdamın payına 11 vaqon düşürdü. Mən də təsərrüfat rəhbərlərini çağırıb, icra edilməsi üçün tapşırıq verdim. Biz dövlət əmri kimi baxıb 11 vaqon şərabı yola saldıq".
Novruzov qeyd edib ki, işin əsl üzü bir ay sonra, sənədlər geri qayıdanda məlum olub və bu, rayon rəhbərliyində şok effekti yaradıb: "Siyavuş Fərzəliyev (1 nömrəli şərab zavodunun direktoru) yanıma gəlib məndən izahat tələb etdi ki, bu nə biabırçılıqdır? Qaiməyə baxdıqda dəhşətə gəldik. Sənədlərdə təsdiq olunurdu ki, Ağdamdan göndərilən 11 vaqon şərab Sankt-Peterburq stansiyasında "Ararat" adlı firmaya təhvil verilib. Malları təhvil alan şəxs isə Simonyan soyadlı bir erməni olub. Yəni, bizim dövlət malımız, Ağdamın alın təri olan şərablar Pənah Hüseynin göstərişi ilə birbaşa düşmən tərəfə ötürülüb".
Novruzov Pənah Hüseynin bu addımını sadəcə iqtisadi deyil, həm də siyasi bir xəyanət kimi qiymətləndirib: "Düşmən güllə ilə bizə hücum edəndə, bizim yüksək vəzifəli şəxslərimiz dövlətin resurslarını onlara peşkəş çəkməklə məşğul olublar. Pənah Hüseynin bu addımı o dövrdəki hakimiyyət strukturlarında kimlərin kimə xidmət etdiyinin ən bariz nümunəsidir".
Sara,










