Ramiz Quliyevlə vida mərasimi keçirildi – YENİLƏNİB

Ramiz Quliyevlə vida mərasimi keçirildi – YENİLƏNİB

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Ramiz Quliyevlə vida mərasimi başa çatıb.

NOCOMMENT.az xəbər verir ki, mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, deputatlar, mədəni-ictimai şəxslər, mərhumun ailə üzvləri, sənət dostları və media mənsubları iştirak ediblər.

Vida mərasimində çıxışçılar ustad tarzənin mədəni irsinə və şəxsiyyətinə ehtiramlarını ifadə ediblər.

Mərasimin ardınca mərhumun meyiti dəfn olunmaq üçün II Fəxri xiyabana aparılıb.

***

Beynəlxalq Muğam Mərkəzində tarzən, xalq artisti Ramiz Quliyev ilə vida mərasimi başlayıb.

NOCOMMENT.az xəbər verir ki, xalq artistinin vida mərasimində ailə üzvləri, mədəniyyət xadimləri, millət vəkilləri və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, R.Quliyev II Fəxri Xiyabanda dəfn olunacaq.