Röya Tağıyeva “Şərəf” ordeni ilə təltif edilib

Röya Tağıyeva “Şərəf” ordeni ilə təltif edilib

Əməkdar mədəniyyət işçisi Röya Seyfəddin qızı Tağıyeva “Şərəf” ordeni ilə təltif edilib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycanda mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

Qeyd edək ki, sabah Röya Tağıyevanın 80 yaşı tamam olur.