Aktrisa Zümrüd Qasımova qatıldığı televiziya proqramında səmimi etirafları ilə diqqət çəkib.
NOCOMMENT.az xəbər verir ki, sənətçi uşaqlıq illərində böyük ailə sahibi olmağı arzuladığını bildirib.
Onun sözlərinə görə, vaxtilə çoxsaylı övladının olmasını və evinin daim uşaq səsi ilə dolmasını xəyal edib. Lakin həyatın fərqli istiqamətdə inkişaf etdiyini qeyd edib: "Uşaq olanda 14 övladımın olmasını istəyirdim. Həmişə istəyirdim ki, ev uşaqla dolu olsun. Həmin arzum həyata keçmədi".
Qasımova peşəkar fəaliyyət sahəsində isə arzusuna çatdığını vurğulayaraq, sənəti ilə məşğul olmağın ona böyük məmnunluq verdiyini deyib.
Aktrisa həmçinin həyatının düşündüyü kimi formalaşmadığını, lakin bu gününə görə şükür etdiyini bildirib. O, son dövrlər özünü fərqli hiss etdiyini, bəzi şeylərə əvvəlki marağının qalmadığını etiraf edib.
Sənətçinin açıqlamaları sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər arasında müxtəlif müzakirələrə səbəb olub.\\milli.az











