Medvedçukun Rusiyaya verilməsinin DETALLARI məlum oldubackend

Medvedçukun Rusiyaya verilməsinin DETALLARI məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin sentyabrında Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi prosesinin bəzi detalları üzə çıxıb.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti mənbələrinə istinadən yazıb.

Belə ki, 2022-ci ilin sentyabrında Rusiya və Ukrayna arasında 200-dən çox məhbusun mübadiləsi həyata keçirilib. Bu çərçivədə Rusiyayönümlü xətti ilə tanınan ukraynalı siyasətçi Viktor Medvedçukun Rusiyaya verilməsinin təfərrüatları məlum olub.

Medvedçuk “Azov” batalyonunun beş komandirinin Ukraynaya təhvil verilməsi müqabilində Rusiyaya qaytarılıb.

Qəzet yazır ki, proses Ankara hava limanında baş tutub.

Qeyd edək ki, əsir mübadiləsi prosesində Türkiyənin vasitəçiliyi məlum olsa da, V.Medvedçukun dəyişdirilməsi ilə bağlı təfərrüatlar ictimaiyyətə bəlli deyildi.