Medvedev: “İsrail artıq Suriyadakı vəziyyətdən istifadə edib”backend

Medvedev: “İsrail artıq Suriyadakı vəziyyətdən istifadə edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq bəzi dövlətlər, o cümlədən İsrail Suriyadakı vəziyyətdən istifadə etməyə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev rusiyalı jurnalistlərlə görüşü zamanı bildirib.

“İsrail artıq mahiyyət etibarı ilə [Suriya ilə] Colan təpələri ilə bağlı əvvəlki razılaşmaları etibarsız elan edib və uğurunu yerlərdə qurur”, – o qeyd edib.

Medvedevin sözlərinə görə, bunun Suriyanın paytaxtını ələ keçirən müxalifət qüvvələrinin hədəflərindən biri olub-olmadığını bilmir.

Eyni zamanda, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, Yaxın Şərqdə baş verənlər regionda “vəziyyəti sadələşdirmir”. Onun dediyi kimi, Moskva mövcud imkanları çərçivəsində dünyanın bu hissəsində öz maraqlarını müdafiə etməyə davam edəcək.