Mehmanxana çökdü, 13 nəfər həyatını itirdibackend

Mehmanxana çökdü, 13 nəfər həyatını itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin şimalındakı Şansi əyalətində ikimərtəbəli hotelin çökməsi nəticəsində daha 4 nəfərin ağır xəsarət aldığı məlum olub.

NOCOMMENT.az xəbər verir ki, hadisə nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb.

700-dən çox xilasedicinin qoşulduğu prosesdə dağıntılar altından 43 nəfəri xilas etmək mümkün olduğu bildirilib.

Hazırda hotelin çökməsi ilə bağlı araşdırma aparılır. İlkin ehtimallara görə, insident hotelin banket zalında baş verib.