Mərakeş bu ölkələrin yardımlarını qəbul edibbackend

Mərakeş bu ölkələrin yardımlarını qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərakeş 7 ballıq zəlzələdən sonra İspaniya, Böyük Britaniya, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yardım təklifini qəbul etdiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada qeyd olunub ki, ölkədə baş verən 7 bal gücündə zəlzələdən sonra səlahiyyətli orqanlar lazımi ehtiyacları ciddi şəkildə qiymətləndirib, lazımi ehtiyacların olmaması nəticəsində yarana biləcək mənfi halları nəzərə alıb.

Şərhdə, dost ölkələr; İspaniya, İngiltərə, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən “axtarış və xilasetmə qrupunun göndərilməsi” üçün yardım təkliflərinin qəbul edildiyi qeyd edilib.

Açıqlamada, sözügedən axtarış-xilasetmə qruplarının Mərakeş qrupları ilə koordinasiyalı şəkildə işləmək üçün bazar günü ölkəyə daxil olduğu və ortaya çıxa biləcək mümkün ehtiyaclara görə digər dost ölkələrdən də dəstək təkliflərinin qəbul oluna biləcəyi bildirilib.