Mərkəzi Amerikada güclü ZƏLZƏLƏbackend

Mərkəzi Amerikada güclü ZƏLZƏLƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Amerika ölkəsi El Salvadorun Sakit okean sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.

NOCOMMENT.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) 6,5 bal gücündə zəlzələnin episentrinin ölkənin İntipuka bölgəsindən 43 kilometr cənubda olduğunu açıqlayıb.

Sakit okean sahillərində baş verən zəlzələ yerin 70 kilometr dərinliyində qeydə alınıb.

Salvadorun qonşusu olan Honduras, Nikaraqua və Qvatemalada hiss olunan zəlzələ insanlarda qorxuya səbəb olub.

Zəlzələni hiss edən sakinlər təşviş içində evlərini tərk edərək küçələrə çıxıblar.

İlkin hesablamalara görə, zəlzələ nəticəsində can və mal itkisi baş verməyib.