Məşhur futbolçu həbs olundubackend

Məşhur futbolçu həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Barselona məhkəməsi “Barselona”nın və Braziliya millisinin keçmiş futbolçusu Dani Alveşi cinsi təcavüzdə ittiham edərək 4,5 il müddətinə azadlıqdan məhrum edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Alves 2022-ci il dekabrın 31-də Barselona gecə klubunda qıza təcavüz etməkdə günahlandırılıb və 2023-cü il yanvarın 20-dən həbsdədir.

Xatırladaq ki, Alveş “Sevilya”, “Barselona”, “Yuventus” və “Paris Saint-Germain” klublarında çıxış edib. Futbolçu Braziliya millisinin heyətində 126 oyun keçirib, iki dəfə Amerika Kubokunun və Konfederasiyalar Kubokunun qalibi olub, 2020-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb.