Məşhurların hesablarını sındıran haker etiraf edibbackend

Məşhurların hesablarını sındıran haker etiraf edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ildə ABŞ siyasətçiləri, böyük texnologiya şirkətləri sahibləri və bəzi məşhurların Twitter hesablarını ələ keçirərək, dünya üzrə bir çox insanı aldadaraq, Bitcoin-dən 100 min dollar gəlir əldə edən hakerlərdən biri günahını etiraf edib.

NOCOMMENT xəbər verir ki, İspaniyadan ABŞ-a ekstradisiya edilmiş Britaniya vətəndaşı Cozef Ceyms O’Konnor haker hücumunda günahını etiraf edib.

ABŞ Baş prokurorunun müavini Kenneth Polite Jr., O’Connor-un hərəkətlərini “açıq-aşkar və pis niyyətli” adlandırıb..
O’Connor-un “qurbanlarını təqib etdiyini və təhdid etdiyini, şantaj etdiyini və emosional zərər verdiyini” qeyd edib.