Messi fikrini dəyişdibackend

Messi fikrini dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Komandadan ayrılacağı gözlənilən “Barselona”nın kapitanı Lionel Messi Kataloniya klubunda qala bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Argentinalı hücumçunun komandanı tərk etmək fikrindən daşındığı və daha bir il “Barselona”da qalmaq qərarına gəldiyi bildirilir.

Qeyd olunub ki, 33 yaşlı futbolçunun qərarının dəyişməsinin səbəbi “Barselona”nın sərt mövqe ortaya qoymasıdır. Klub prezidenti Xosep Bartomeu Messinin atası Xorxe Messi ilə görüşündə oğlununun müqaviləsinin olduğunu və onu buraxmaq niyyətində olmadıqlarını qəti şəkildə bildirib.

İndiki halda isə Messi kluban ayrılmaq üçün yalnız məhkəməyə müraciət edə bilər. Lakin futbolçunun bu seçimdən istifadə edəcəyi gözlənilmir.

“Marca” yazır ki, Messi qalmaqallı şəkildə “Barselona”dan ayrılan komanda yoldaşı Neymarın addımını təkrarlamaq istəmir.

Ötən gün isə Messinin atası və meneceri olan Xorxe Messi oğlunun komandada qala biləcəyini açıqlayıb.

Xatırladaq ki, “Barselona”nın yetirməsi olan Messinin “Mançester Siti”yə keçəcəyi haqda xəbərlər yayılıb.
Qol.az