Microsoft Publisher-ə dəstəyi dayandırırbackend

Microsoft Publisher-ə dəstəyi dayandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Microsoft bukletlər, təqvimlər, vizit kartları və loqolar yaratmağa imkan verən Publisher proqramından imtina etmək niyyətini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, tətbiq Microsoft 365 paketindən 2026-cı ilin oktyabrında çıxarılacaq.

Microsoft şirkətindən bildirib ki, Publisher funksiyalarının əksəriyyəti artıq Word və PowerPoint kimi digər Microsoft 365 proqramlarına daxil edilib və bu proqramlar Publisher-ə alternativ kimi xidmət edə bilər. Şirkət həmçinin qeyd edib ki, o, Publisher-in ən populyar istifadə nümunələrini Word, PowerPoint və Designer-ə gətirməyin yollarını araşdırır.

Publisher istifadəçiləri 2026-cı ilin oktyabrına qədər tətbiqdən istifadə etməyə davam edə biləcəklər. Bununla belə, 2024-cü ilin fevralında Microsoft, Publisher-in də daxil olduğu Office 2021 LTSC-yə dəstəyi dayandıracaq.