Qənirə Paşayeva dəfn olundu – FOTO – YENİLƏNİBbackend

Qənirə Paşayeva dəfn olundu – FOTO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva dəfn olunub.

NOCOMMENT.az xəbər verir ki, mərhum ll Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Millət vəkili Qənirə Paşayeva ilə vida mərasimi başa çatıb.

NOCOMMENT.az xəbər verir ki, Heydər Məscidində keçirilən mərasimdə mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.

***

Millət vəkili Qənirə Paşayeva ilə vida mərasimi keçirilir.

NOCOMMENT.az xəbər verir ki, Heydər Məscidində keçirilən mərasimdə mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edir.

Mərhumla vida mərasimi yekunlaşdıqdan sonra İkinci Fəxri Xiyabanda dəfn ediləcək.

Xatırladaq ki, 24 sentyabrda səhhətində yaranan problemlə əlaqədar Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən deputat 4 gün komada qaldıqdan sonra dünən axşam saatlarında vəfat edib.

Qənirə Paşayeva Milli Məclisin 3, 4, 5 və 6-cı çağırış üzrə deputatı və Mədəniyyət Komitəsinin sədri olub.