Milyarder Ukraynaya qarşı 1 milyard dollarlıq iddia qaldırdıbackend

Milyarder Ukraynaya qarşı 1 milyard dollarlıq iddia qaldırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milyarder Mixail Fridmanın “Ukrayna Sense Bank”ına (keçmiş “Alfa-Bank”) məxsus olan “ABH Holdings S.A.” holdinqi milliləşdirmədən əvvəl Ukraynaya qarşı İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzdə iddia qaldırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABHH-nin saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd olunur ki, holdinq “Sense Bank”ın “qanunsuz özgəninkiləşdirilməsi”nə görə 1 milyard dollar məbləğində tam təzminat tələb edir.

“Sorğu Ukraynanın artan özbaşına, qeyri-mütənasib, əsassız və ayrı-seçkilik xarakterli addımlarını təfərrüatlandırır”, – mətndə deyilir.

Vurğulanır ki, ABHH holdinqi Kiyevin “qara piar” kampaniyası aparması ilə bağlı bütün halları diqqətlə qeydə alıb. 2023-cü ilin ortalarına olan məlumata görə, Sense Bank Ukraynada fəaliyyət göstərən 65 bank arasında 11-ci yerdə qərarlaşıb. O, ötən ilin iyulunda Ukrayna hakimiyyəti tərəfindən milliləşdirilib.

Dekabrın 20-də bildirilib ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) rusiyalı biznesmen Mixail Fridmanı axtarışa verib.