Minasyanın qardaşı nazir təyin olundubackend

Minasyanın qardaşı nazir təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qriqor Minasyan Ermənistanın ədliyyə naziri təyin edilib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, müvafiq fərmanı bazar ertəsi Ermənistan prezidenti Vaaqn Xaçatryan imzalayıb.

Bazar günü məlum olub ki, Minasyan nazir müavini vəzifəsindən kənarlaşdırılıb, o, Karen Andreasyan getdikdən sonra müvəqqəti olaraq quruma rəhbərlik edib (oktyabrda o, Ali Məhkəmə Şurasının rəhbəri vəzifəsini icra edib).

Minasyan Ermənistanın Vatikandakı qalmaqallı keçmiş səfiri, üçüncü prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın qardaşıdır. 2013-2017-ci illərdə Qriqor Minasyan Respublikaçılar Partiyasından İrəvan Ağsaqqallar Şurasının üzvü olub.