Müharibənin ildönümündə İstanbulda sammit keçiriləcəkbackend

Müharibənin ildönümündə İstanbulda sammit keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

24 fevral 2021-ci il, Rusiyanın Ukraynaya hücumlarının ildönümü ilə əlaqədar fevralın 22-də İstanbulda böyük sammit keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Türkiyədəki nümayəndəliyinin rəhbəri, səfir Nikolaus Meyer-Landrut məlumat verib.

Nikolaus Meyer-Landrut fevralın 22-də keçiriləcək sammitə Ukrayna hökumət rəsmisinin dəvət ediləcəyini də bildirib.

Sammitdə Türkiyədən hələlik kimliyi bəlli olmayan bir nümayəndənin olacağını bildirən, Meyer-Landrut sammitdə müharibənin geosiyasi və iqtisadi nəticələrinin müzakirə olunacağını diqqətə çatdırıb.

Meyer-Landrut müharibənin nəticələrinin artıq Ukraynanı çoxdan aşdığını vurğulayaraq, müharibənin hər kəsə təsir etdiyini qeyd edib.