Müharibənin tablosu dəyişib: Əks-hücum çətin olacaqbackend

Müharibənin tablosu dəyişib: Əks-hücum çətin olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusunun yay əks-hücumu payızdakı kimi yüngül olmayacaq.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Vaşinqton Post” nəşri yazıb.

Nəşr bildriib ki, Ukrayna ordusunun ötənilki qələbəsini anlamaq asandır:

“Ukraynanın Xarkovdakı əks-hücumu ruslar üçün tamamilə gözlənilməz idi, çünki onlar cənubda müdafiəyə hazırlaşırdılar. Xersonda isə rusların Dnepr vasitəsilə təchizat problemi var idi”.

Qeyd edilib ki, hazırda müharibənin ümumi tablosu dəyişib və Ukraynanın əks-hücumunun gedişatına təsir göstərən 3 əsas faktor var:

Cəbhə xəttinin yeni konfiqurasiyası

İndi Rusiya cəbhəsinin qərb cinahı xüsusilə Kaxovka bəndinin dağıdılmasından sonra keçilməsi çətin olan Dnepr çayı ilə qorunur. Zaporojye çölü hücumun açıq istiqamətidir, lakin ruslar geniş sahə istehkamları və minalanmış sahələr şəbəkəsi quraraq bu varianta hazırlaşdılar. Onların aradan qaldırılması Ukrayna Silahlı Qüvvələri üçün çətin olacaq və vaxt tələb edəcək, bu müddət ərzində ruslar ehtiyat qüvvələrini təhlükə altında olan ərazilərə çıxarmağa vaxt tapacaq.

Döyüş meydanında yeni silahlar

Ukrayna Silahlı Qüvvələri bir çox yeni Qərb silahları aldı, bu da orduda silahlarla bağlı vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirdi. Bundan əlavə, Qərbdə bütöv briqadalar hazırlanırdı, burada ukraynalılar əvvəllər öyrəşdiklərindən daha yeni və daha mürəkkəb döyüş üsuluna öyrədildilər.

Ruh yüksəkliyi

Rus ordusunun müharibənin əvvəlindən döyüş ruhu ilə bağlı problemləri var idi və Baxmutda Pir qələbəsi ilə başa çatan qış hücumundan sonra vəziyyət heç də yaxşılaşmadı. Ukraynanın ruh yüksəkliyində çatlar kiçikdir, lakin cəmiyyət bu əks-hücuma çox böyük ümidlər bəsləyir və böyük uğur əldə olunmasa, emosional məyusluq başlayacaq.