Narkolepsiya nədir? – VİDEObackend

Narkolepsiya nədir? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Narkolepsiya Xəstəliyi nədir?

Bununla bağlı NOCOMMENT.az-a müsahibə verən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov müalicə alan hər kəsi maraqlandıran və narahat edən “Narkolepsiya Xəstəliyi” barədə danışıb.

Narkolepsiya xəstəliyi gün ərzində 10-15 dəqiqə davam edən istəmsiz yuxu atakları ilə özünü göstərir.

Bəzən insanlar söhbət edərkən, hər hansı bir fəaliyyətlə məşğul olarkən istəmədən yuxulu olurlar. 

Narkolepsiya xəstələri 60-70% hallarda katapleksiyaya rast gəlinir. 

Katapleksiya  bədənin ümumi boşalması, düşməsi kimi hallarla özünü biruzə verir. Bu kimi hallar stress, həyacan keçirərkən və ya gülərkən baş verir. Çənə əzələləri və boyun əzələlərində bu daha çox rast gəlinir. 

Yuxuya gedərkən və ya yuxudan oyanarkən xəstənin beyni oyaq olur, lakin, bədən əzələlərini hərəkət etdirə bilmirlər və nəticədə bədənin hərəkət fəaliyyəti pozulmuş olur.