Nazim Məcidov vəfat etdi – FOTObackend

Nazim Məcidov vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Bədən tərbiyəsi və idmanın nəzəriyyəsi və metodikası” kafedrasının müdiri, professor Nazim Məcidov vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, akademiyanın müəllimi 68 yaşında dünyasını dəyişib.

Məcidov Nazim Böyük-Ağa oğlu 1955-ci ildə Bakı şəhərində anadan olub.

Onun bədən tərbiyəsi və idman sahəsində elmi mütəxəssislərin yetişdirilməsində, həmçinin idman sahəsində elmi tədqiqatların inkişaf etdirilməsində böyük əməyi olub. Qeyd edək ki, N. Məcidov Azərbaycan Cüdo Federasiyasında məşqçilərin bilik, bacarıqlarının artırılmasında mühüm rol oynayıb və məşqçilərin təkmilləşdirilməsi kurslarına uğurla rəhbərlik edib.

O, uşaq yaşlarından cüdo güləşi ilə məşğul olub, sambo və cüdo üzrə dəfələrlə şəhər, respublika və ümumittifaq yarışların qalib və mükafatçısı olub. Məşqçilik fəaliyyətindəki uğurları dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Belə ki, 2001-ci ildə ona “Fəxri Bədən Tərbiyəsi və İdman işçisi”, 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar Məşqçisi fəxri adı, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı verilib. Həmçinin, 2010-cu ildə Bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar Müəllimi, 2021-ci ildə isə “Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və idman Xadimi fəxri” adları verilib.

Nazim Məcidov vəfat etdi (FOTO)